SİZİN REKLAM BURADA!
055 213 76 73



Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq xəstəxanaya aparılan, daha sonra Ankaradakı Belek hospitalına köçürülən Türkiyə vətəndaşları haqda yeni məlumatlar üzə çıxıb.

Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş Türkiyənin Kahramanmaraş vilayətindəndir. Manisa Cəlal Bayar universitetindən məzun olan M.Tekişin "Facebook" sosial şəbəkəsində, ailənin Anqolanın paytaxtı Luandada yaşadıqları qeyd olunub. Muttalip Tekişin həmçinin özünə aid "MUTEK" inşaat firması da var. Ailə başçısının son paylaşımı 2016-cı ilə aid olduğu üçün, məlumatlar da məhz həmin tarixə qədər olan vaxta aiddir.

Muttalip Tekişin həyat yoldaşı Songül Tekişin "Facebook" səhifəsində, onların 2001-ci il avqustun 28-də evləndikləri göstərilir.

Cütlük iki övlad sahibidir. İkilinin paylaşdığı status və rəsimlərə baxdığımız zaman ailənin inanclı təbəqəni təmsil etdiyi görülür.

Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən "Mercedes Gelandewagen" markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.
 
Sputnik
BAKU.WS