SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, Seyran adlı şəxs Youtube kanalında qəza zamanı və hadisədən sonrakı vəziyyəti çəkib.  

Qeyd edək ki, "10-PP-203" dövlət nömrə nişanlı "Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yanın. Baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
   
İman
BAKU.WS