SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. "Ford" markalı sərnişin daşıyan mikroavtobusla "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 
BAKU.WS