SİZİN REKLAM BURADA!
055 213 76 73


 İçərisi yanacaqla dolu çən qoşqunun üzərindən qırılaraq yola düşüb. Çənin içərisi yanacaqla dolu olub. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Paytaxtın Xətai rayonunun Həzi Aslanov qəsəbəsindəki Kazımağa Kərimov küçəsində  yaşayan sakinlərin təşvişinə səbəb olub.

Ərazidə yaşayan sakinlər belə hadisənin onların həyatları üçün təhlükə yaratdığını və neft daşıyan maşınların daim bu ərazidən keçdiyini deyiblər.
Bir müddət sonra ərazidən yanacaq çəni götürülüb və yolda hərəkət bərpa edilib. Onu da qeyd edək ki, neftin iri çənlərdə toplandığı depo yaşayış evlərinə yaxın yerləşdiyindən uzun müddətdir neft daşıyan maşınlar elə yaşayış yerlərinin içərisindən keçməli olur. Bu isə insanları daim təşviş və həyəcan içində saxlayır.
 
BAKU.WS