Bakı-Qazax magistralında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yolda əks isiqamətdə hərəkət edərək geriyə dönüş edib və təhlükəli vəziyyət yaradıb.

BAKU.WS-in məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Videodan görünür ki, BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) yaxınlığında DYP əməkdaşı xidməti avtomobili ilə qaydanı pozaraq magistral yolun sağ tərəfindən əks istiqamətdə hərəkət edir və qəfildən yolun sol tərəfinə keçir.

Həmin anlar arxadan gələn avtomobilin video reqistoruna düşüb.
 
BAKU.WS