SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayon polis idarəsinin əməliyyatçıları oğurluqla məşğul olan cinayətkar dəstə saxlayıb. Məlum olub ki, 4 dost əlbir olub 6 qəsəbədə avtomobil, ev, aptek və mağazadan oğurluq ediblər. Onların ümumilikdə vətəndaşlara 10 min manatdan çox ziyan vurduğu bildirilir.

BAKU.WS-in xezerxeber-ə istinadbən verdiyi məlumata görə, 6 qəsəbədən silsilə oğurluqlar edən dəstə ifşa edilib.

Abşeron rayon polis idarəsinə 4 yük avtomobilinin sürücüsü məlumat verib ki, gecə vaxtı avtomobillərindən akkumuliyatorları oğurlanıb. Əməliyyat axtarış tədbirlərinə başlayan polis şübhəli kimi Hökməli qəsəbə sakini Yarəhməd Əkbərov, Sabir Soltanov, Elvin Əliyev və Elçin Novruzovu saxlayıb.

Saxlanılan dəstə üzvləri yük avtomobillərini qarət etmələrini etraf ediblər. Arşdırma zamanı polis onu da müəyyən edib ki, onlar əlbir olub gecə vaxtı Hökməli, Qobu, Atyalı, Nübar, Masazır və Saray qəsəbələrindən də oğurluq ediblər. Onlar yol kənarında dayanmış yük maşınlarından, mağazalardan, yeni tikli evlərdən və apteki qarət ediblər.

Saxlanılanlardan Sabir Soltanov deyir ki, oğurluq planı dostları ilə məhlədə olarkan yaranıb. Əvvəlcə məqsədləri evlərdən pul oğurlamaq olsa da sonradan onlar fikirlərini dəyişib qarşılarına çıxan obyektlərdən oğurluq ediblər.

Abşeron rayon polis idarəsindən verilən məlumata görə, hələ ki, dəstə üzvlərinin 20 cinayət faktı aşkar edilib. Onlar barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Həmin şəxslərdən zərər çəkən varsa polis idarəsinə və ''102'' mərkəzinə məlumat verə bilərlər.