SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olmaqda təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edib.  N.Hüseynov özünə güllənmə cəzası tələb edib: "Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?"

Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb.

Prosesdə fasilə elan edilib.