Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun 51-ci km-də Salyan rayonunun Yenikənd kəndinin ərazisində yerləşən "Gülüstan" restoranında yanğın baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, "Gülüstan” restoranının həyətindəki çardağ-salon büsbütün yanıb.

”Gülüstan” restoranı Bakı-Astara yolunda sərnişinlərin xidmətindən istifadə etdiyi ən məşhur məkanlardan biri idi. Maraqlısı isə odur ki, iyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 36-cı km-dəki "Ulduz” restoranı da büsbütün yanmışdı.

Fövqəladə Hallar Nazirliyinin saytı isə hadisə ilə bağlı bildirib ki, Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 51-ci kilometrliyində vətəndaşa məxsus restoranın ərazisində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS