SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı metrosunda qadın cırıq şalvar geyindiyi üçün təhqir olunub. 

BAKU.WS-in məlumatına görə, Vəfa Əli Zeynal adlı şəxs sosial şəbəkədə Sahil metrosunda cırıq şalvar geyinən qızın bir nəfər tərəfindən döyüldüyünü yazıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qız polisi çağırandan sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb:

"Sahil metrosunda bir qız dəbdə olan cırıq şalvar, üzərindən isə bir az göbəyi açıq köynək geyinib. Bir başdan xarab da götürüb qıza itin sözünü deyib, hamının yanında təpiklədi. Axmaq insan, sən camaatın əxlaqına sahib çıxmaqdansa, get özünü müalicə elətdir. Bu nə zorakılıqdır qadına qarşı. Belə kişisən, qız polis adını çəkən kimi niyə qaçdın, ay binamus!!! Bütün qeyrət keşikçilərinə aiddir status. Abrınızı başqasının geyimində axtarmayın!!!
#qadınaqarşızorakılığason hamı buna münasibət bildirsin. Sahil metrosundan o görüntülər göstərilsin və polis həmin adamı tapsın cəzalandırsın. Biganə qalmayaq!!! Mən şəxsən gözümün şahidiyəm. Kaş ki, çəkərsim o binamusun üzünü".
 
İman
BAKU.WS