SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Jurnalist Pərviz Musayev Bakı metrosunda qarşılaşdığı qəribə hadisə haqda məlumat verib.
 
BAKU.WS-in məlumatına görə, jurnalist bu haqda öz Facebook səhifəsində yazıb: 
 
"Hadisə az öncə metroda baş verib. Deməli, üzü bağlanmış qız "Elmlər Akademiyası"nda vaqona mindi, bir neçə boş yer olsa da, 14-15 yaşında olan oğlan sola çəkilərək sağda yer boşaltdı və ciddi-cəhdlə qıza oturmağı təklif elədi. "Uşağı" qırmaq istəməyən qız gülümsəyərək onun yanında oturdu və hər şey də bundan sonra başladı. "Balaca qəhrəman" əvvəlcə qız tərəfə sürüşərək ayağını onun ayağına yapışdırdı. Deyəsən bu azlıq elədiyi üçün ardınca əlini də özünün və qızın ayağının arasına salaraq gözlərini ona zillədi. Sübut üçün əvvəlcə şəklini çəkdim, sonra isə ayağımı oğlanın ayağına vurdum, mənə baxdığında nə demək istədiyimi anladı və əlini çəkdi. "20 Yanvar"da düşdüm, onlar isə yola davam etdiklərindən sonrasından xəbərim olmadı.

Bu yaramaz uşağın böyüyəndə kim olacağını düşünəndə, adam lap dəhşətə gəlir.
 
BAKU.WS