SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hava limanı istiqamətində hərkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub.

Zərbənin təsirində avtomobillər VAZ 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.
Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.
 
Saməddin
BAKU.WS