SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə erməni əsilli yazıçı Sevan Nişanyan həbsxanadan qaçıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayıb. Erməni əsilli yazıçı bununla bağlı sosial mediada məlumat verib.

O, habelə jurnalistlərə açıqlamasında da həbsxananı tərk etdiyini təsdiqləyib. Lakin həbsxananı hansı şəraitdə tərk etməsi barədə danışmayıb.

Qeyd edək ki, o, 17 il azadlıqdan məhrum edilmişdi. Erməni əsilli yazıçı həbsxananı tərk etdikdən dərhal sonra ölkəni də tərk edib.
 
BAKU.WS