SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir neçə gün öncə "BakuBus”a məxsus Hava Limanı ekspress xətti üzrə hərəkət edən avtobusda xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuku sahibinə verilib.

Bu barədə BAKU.WS-ə "BakuBus” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin noutbukun tapılması üçün "BakuBus” tərəfindən istehsalçı şirkətə müraciət olunub. Noutbukun sahibinin mail adresi əldə olunaraq onunla əlaqə saxlanılıb.

Məlum olub ki, noutbukun sahibi olan şəxs Ukrayna vətəndaşıdır.

Əşya sahibinin nümayəndəsi tələb olunan zəruri məlumatlar və sənədlərlə bu gün "BakuBus” MMC-in inzibati binasına yaxınlaşaraq notbuku təhvil alıb.