SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sərxoş vəziyyətdə olan sürücü Bakı-Qazax magistral avtomobil yolunda hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb.

BAKU.WS bizim yol-a istinadən xəbər verir ki, sürət həddi 120 km/saatda yola çıxan piyada sürücülərə çətin anlar yaşadıb. Yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücülərin bəzisi avtomobil yolundan çıxıb, bəzisi sürət həddini azaltmalı olub.
Bu barədə "Bizim Yol”a sürücü Buxsayev Hacı Mürsəl oğlu bildirib. Onun sözlərinə görə, sürət həddinin aşağı salınması nəticəsində avtomobillərin hərəkətində qısa müddət ərzində sıxlıq yaranıb.

Sürücü H.Buxsayev avtomobilində olan videomüşahidə cihazının (registratorun) yaddaşına köçmüş videogörüntünü "Bizim Yol”a göndərib. Görüntüdən də aydın olur ki, sərxoş piyadanın nəqliyyat vasitəsinin qarşısına çıxması nəticəsində qəza şəraiti yaranıb.
 
BAKU.WS