SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub.

Report xəbər verir ki, hadisə dünən axşam saatlarına baş verib.

Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.

Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS