SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Praqada maşınında bıçaqlanmış vəziyyətdə ölü tapılan azərbaycanlı iş adamı Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, "TERN TRANSPORT & TRADING” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.

Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən bir nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir.

Hazırda şirkət dünyanın 6 qitəsində və onlarla ölkəsində işləyir. Azərbaycanda və Avropa İttifaqı ölkələrində anbar kompleksləri var.

BAKU.WS