SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda lombarda basqın edərək, 10 min manat aparıblar.

BAKU.WS DİN-ə istinadla xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib.
 
Mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10000 manatı almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub. Həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyənləşib.
 
BAKU.WS