SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazaxda çoban güclü şimşək çaxmasından qorxaraq ürəktutmasından dünyasını dəyişib.

Bədbəxt hadisə rayonun Xanlıqlar kəndində baş verib. Kənd sakini 57 yaşlı Məhəmməd Kərimov heyvanlarını otararkən qəfil halı pisləşib. Çoban Qazax Müalicə və Diaqnostika Mərkəzinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Məhəmməd Kərimov heyvan otararkən yağışla müşahidə olunan güclü şimşək çaxıb. Ürəktutmasının da bu səbəbdən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS