SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Elektron çoban" insanları əvəz edir.

BAKU.WS-in Space TV-yə istinadən verdiyi xəbərdə bildirilir ki, zaman keçdikcə artıq müxtəlif işlərdə insan əməyinə ehtiyac qalmayıb. Müasir texnologiyanın inkişafi artıq qoyunların da elektron üsulla otarılmasına imkan verir. Elektron çobanın xidmətindən istifadə edərək fermerlər rahatlıqla digər işləri ilə məşğul  ola bilərlər. Bu qurğunun sayəsində isə mal-qara otlaq sahələrində təhlükəsiz şəkildə otlayırlar. 

Kənd sakinlərinin öz icadları olan "elektron çoban" məftildən və elektrik cərəyanı ötürən qurğudan ibarətdir. Ərazini əhatə edən məftillər zəif elektrik enerjisi  ilə təmnin olunur. Bu məftilə toxunan heyvanı elektrik vurur, nəticədə də heyvan qorxaraq geriyə qayıdır. Onu da qeyd edək ki, bu zaman heyvanlara heç bir zərər toxunmur.
 
Aran rayonlarında çox tətbiq edilər bu qurğununu necə işlədiyi haqda videonun sizə təqdim edirik. 
 
Arzu Mirzəyeva
BAKU.WS