Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsinin əhatə edir və Fondun məlumat bazasında 1 milyon 295 mindən çox pensiyaçı, 3 milyon 180 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib.
 
Fondun fəaliyyət istiqamətləri üzrə əlavə elektron xidməti aktivləşdirilərək, "Elektron hökumət” portalına inteqrasiya edilməsi nəticəsində sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin edilib. Əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində "Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökumət portalı” və "Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.
 
BAKU.WS