SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncə şəhərində hamilə qadın bıçaqlanıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən "Sərçə bazarı” adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadı - 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.