SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı bulvarında özünü dənizə atan qadının kimliyi müəyyənləşib.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, saat 11 radələrində Neftçilər prospekti 133 ünvanının yaxınlığında - Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin qarşısında özünü dənizə atan qadının 1998-ci il təvəllüdlü Şıxəliyeva Rəna Adil qızı olması müəyyən edilib. FHN-in xilasediciləri tərəfindən sudan çıxarılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şıxəliyevanın qardaşı bir neçə gün əvvəl vəfat edib. Bundan sonra o, dərin psixoloji sarsıntı keçirib. Bu səbəbdən də o, özünü bulvarda dənizə ataraq həyatına son qoymaq istəyib.
 
Araşdırma aparılır.
  
BAKU.WS