SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Nərimanov rayonu ərazisində iki yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, "Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının verdiyi xəbərə görə, qəza Ziya Bünyadov prospektində "Çermet” körpüsünün girişində olub.

"Geely” markalı 90 RD 351 dövlət nömrə nişanlı avtomobili idarə edən Əli Ramazanov idarəetməni itirərək maşını aşırıb. O, bildirib ki, buna səbəb qarşısındakı avtomobilin qəfil əyləcə basması olub. Ə.Ramazanov də həmin avtomobilə dəyməmək, qəzadan yayınmaq üçün istiqamətini dəyişib. Bu zaman maşın aşıb. Sürücü xəsarət almayıb.

İkinci qəza isə eyni yerdə, lakin yolun əks istiqamətində baş verib. Aşan maşına baxan minik avtomobilləri sürəti azaldaraq yolun ortasında dayanıblar. Bu zaman körpüdən əsas yola çıxan 10 TG 291 nömrəli 20 saylı marşrut avtobusu qarşısındakı 5 avtomobili sürüyərək yolun kənarına çıxarıb. Bu zaman 51 BC 837 nömrəli "VAZ 2104” markalı, 90 UJ 478 nömrəli "Mercedes” markalı avtomobillərə ciddi ziyan dəyib. Digər maşınlar isə yüngül əzilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

BAKU.WS