SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Kiyevin mərkəzində iki nəfər avtomat silahlardan açılan atəşlə güllələnib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onlardan biri Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovdur.

Onun cangüdəni ağır yaralansa da, cavab atəşi aça bilib və killerlərdən birini yaralayıb. Hazırda onların ikisi də xəstəxanadadır.

Qətlin sifarişlə yerinə yetirildiyi iddia olunur. Öldürülən eks-deputat müxtəlif ittihamlarla axtarışa verilib, sonradan onun ailəsi ilə birgə Ukraynaya köçdüyü məlum olub. Voronenkov Rusiya hakimiyyətinə qarşı sərt mövqedə olub.

Denis Voronenkovun qətli ilə bağlı Ukrayna prezidenti təcili olaraq ölkənin milli təhlükəsizlik rəhbəri ilə görüşüb.

Rəsmi Kiyev və Moskva qətlin təşkil edilməsində bir-birini ittiham edir.
 
BAKU.WS