SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Sumqayıt şossesində bu gün səhər saatlarında qəza baş verib, nəticədə yolda hərəkətin sıxlığı yaranıb.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Rəhman Səlimovun idarə etdiyi "Mercedes" markalı avtomobil körpünün dirəyinə çırpılıb. Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub. Sürücü bədən xəsarətləri alıb, avtomobil deformasiyaya uğrayıb. 

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
 
Qeyd edək ki, sürücü Rəhman Səlimov Azərbaycan Silahlı Qüvvələrində mayor rütbəsi daşıyır.
 
BAKU.WS