SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Dünən intihar edən qızın anası onun gəlişinin qızını diriltməyəcəyini bildirərək onun meyidini morqdan götürməkdən imtina edib.
 
16 mart tarixində Nizami rayonu Rüstəmov küşəsində intihar hadisəsi qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Sputnik Azərbaycana Bakı şəhər baş polis idarəsindən xəbər verilib. 

Belə ki, dünən 23:15 radələrində 2001-ci il təvəllüdlü yeniyetmə qız yaşayış binasının 8-ci mərtəbəsindən özünü atıb. İstintaq araşdırması nəticəsində müəyyən edilib ki, dünyasını dəyişən Xaçmaz rayon sakini Abşeron rayonu Məhəmmədi kəndində qohumlarının evində yaşayırmış. Martın 16-da qız ev paltarında, özü ilə yalnız planşet və pul kisəsi götürərək evdən çıxıb. Maraqlıdır ki, planşetlə pul qabını əməliyyatçılar hadisə yerindən çox uzaqda tapıblar. Planşetdə olan bütün şəxsi yazıların silindiyi də üzə çıxıb. Qızın həyatında baş verən bir sıra faktlar onun sui-qəsd etməsinin səbəbini öz ailəsində axtarılmalı olduğuna işarə edirdi. Məlum olub ki, canına qəsd edən yeniyetmə qızın anası psixonevrolioji dispanserdə qeydiyyatdadır. Yaxınlarının sözlərinə görə, yarım il əvvəl o öz qızını çox möhkəm döyüb. Daha sonra  o ərini və uşaqlarını atıb evdən gedib. Bir müddət sonra qız da evi tərk edərək Abşeronda yaşayan qohumlarının evinə sığınıb. Yeniyetmə qız təhsildən də kənarda qalıbmış. "Biz onun anasına zəng edib qızının intihar etdiyini və gəlməli olduğunu bildirdik. Amma, qadının cavabı bizi məətəl qoydu. O, "mənim ora gəlməyim qızımı diriltməyəcək dedi və dəstəyi asdı”, — deyə məhkəmə-tibbi ekspertiza bölməsindən bizə bildirdilər. 

Arzu Mirzəyeva
BAKU.WS