VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Ukraynada İnterpol tərəfindən axtarılan azərbaycanlı şəxs saxlanılıb.

 
BAKU.WS-in məlumatına görə, Sankt-Peterburqda boksçu Serqey Laşenkonun qətlində şübhəli bilinən 24 yaşlı Həsənov Babək Dəmir oğlu ələ keçirilib. Odessada qətlə yetirilən məşhur bokçunun axtarılması üçün Ukrayna hakimiyyəti bir başa göstəriş verib. 

İdmançı 8 aprel 2015-ci il tarixində Odessanın mərkəzində yerləşən Yəhudi xəstəxanasının ərazisində travmatik tapançadan vurulmuşdu. Bokçu və azərbaycanlı arasında baş verən münaqişənin bir qadına görə yarandığı deyilir.
 
Laşenko travmatik tapançadan güllə yarası alıb. Sinəsindən yaralanan bokçu təcili xəstəxanaya aparılıb. Travmatik tapançadan boksçuya səkkiz dəfə atəş açıldığı məlum olub. İdmançı güllə yarasından ölüb.
 
Hazırda məşhur boksçunun qətlində şübhəli bilinən azərbaycanlının Ukraynaya ekstradisiya edilməsi məsələsinə baxılır.
 
ŞAHİN Həbibov
BAKU.WS