VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 6-dan 13-dək keçirilmiş komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfində idarə olunması bacarıqları yoxlanılacaq.

Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur. 

Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcək.
 
BAKU.WS