SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda adam oğurluğu hadisəsi baş verib.
 
BAKU.WS xəbər verir ki, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.
 
35-ci PB əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla bigə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar.
 
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aynur Ələkbərova 
BAKU.WS