VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda qadın videoya çəkilmiş intim görüntüləri ilə şantaj olunub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun qardaşı polisə məlumat verib.

BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Kənan Şükürov ( ad, soyad şərtidir) polisə müraciət edərək bildirib ki, Ziya adlı şəxs 1 ilə yaxın bacısı 1978-ci il təvəllüdlü Banu (ad şərtidir) ilə cinsi əlaqədə olub.

2014-cü ilin dekabrından bu ilin avqust ayının 28-dək olan müddət ərzində Ziya Banu ilə mütəmadi olaraq cinsi əlaqədə olub və bütün bunları gizli kamera ilə qeydə alıb.

Son günlər isə Ziya həmin video görüntüləri "Facebook”da yayacağı ilə Banunu şantaj edərək ondan 8700 manat pul alıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

BAKU.WS