Qazaxda mal bazarında bıçaqlanma

Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 06:00 radələrində şəhərin N.Nərimanov küçəsi 1 ünvanında yerləşən “Qazax Mal Bazarı” adlanan heyvan bazarında qeydə alınıb.
Belə ki,1982-ci il təvəllüdlü Namaz Qədiməliyev şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Adil Nəbiyevi vuraraq ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Namaz Qədiməliyev Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qazax RPŞ-nin İB-də CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda QANDONDURAN CİNAYƏT: ögey qızını zorlayıb öldürdü - TƏFƏRRÜAT + FOTO
2023-cü il fevralın 2-də 2009-cu il təvəllüdlü Günay Şadatovanın 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil ol...
