SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalanda şəbəkə xəttində baş verən qəza ilə bağlı məlumat daxil olan kimi xəttə suyun verilişi dayandırılıb.

Bunu BAKU.WS-ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib. 

"Axıntının qarşısı alınıb. Təmir davam edir və yaxın 1 saat ərzində işlər yekunlaşacaq", - deyə qurum rəsmisi qeyd edib.

***10:37

Xırdalan şəhərində küçədə su borusu partlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, hadisə şəhərin 28-ci məhəllə adlanan ərazisində, küçədə baş verib. Nəticədə təzyiqli su ətrafa axıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO