SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə qadını bıçaqlayaraq öldürən, daha sonra başqa kişiyə və özünə xəsarət yetirən Mahir Quliyev intihar edib.

Oxu.Az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Mahir Quliyev özünü iyun ayının 30-da müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS