SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

BAKU.WS
QALEREYA