SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakı şəhərində yağan güclü leysan yağışı şəhərin mərkəzi küçələrində ciddi su basqınlarına səbəb olub.

Xüsusilə, metronun “Sahil” stansiyasının yaxınlığı, Xaqani küçəsi və Sahil bağı tərəflərdə bəzi yollar su altında qalıb.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Məlumata görə, yağışın intensivliyi nəticəsində yollar sürətlə su ilə dolub, bu isə nəqliyyatın hərəkətini xeyli çətinləşdirib.

Küçələrdə yığılan su, piyadaların hərəkətini də mümkünsüz edib.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.

Banu Hüseynli
BAKU.WS
VİDEO