Qusarda ağır qəza: Velosipedçi öldü, avtomobil aşdı - FOTO/VİDEO

Qusarda ağır qəza: Velosipedçi öldü, avtomobil aşdı - FOTO/VİDEO
Video
Hadisə 167

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Qəza zamanı BMW markalı avtomobil velosipedçini vurub, daha sonra nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı velosipedçinin öldüyü bildirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında hadisənin bu gün saat 13 radələrində Qusar-Xudat yolunun 5-ci kilometrində baş verdiyini qeyd edib:

"Belə ki, BMW markalı 99-FN-105 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks hərəkət zolağına çıxaraq yolun orta hissəsində hərəkətdə olan velosipedçini vurub və daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2012-ci il təvəllüdlü velosipedçi aldığı bədən xəsarətlərində hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır".

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər