SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Elxan Adil oğlu Kərimov yaşağı evin yaxınlığında naməlum şəxs tərəfindən mübahisə zəmnində bıçaqlanıb.

Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

BAKU.WS