Azərbaycanda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb

Azərbaycanda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb
Hadisə 133

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində rayon ərazisində S.Quliyevin idarə etdiyi "VAZ-2105" markalı avtomobil yol kənarında dayanmış "VAZ-21015" markalı avtomobilə çırpılıb.

S.Quliyev bundan sonra idarəetməni itirib və 3 piyadanı vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Report"a bildirib ki, iyunun 12-də axşam saat 21:35 radələrində rayonun Yuxarı Nüvədi kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir qadın, iki uşaq qapalı kəllə-beyin travması, sol mil, sol bazu, kürək sümüklərinin sınıqları, döş qəfəsinin küt travması diaqnozları ilə təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Yaralılara ilkin tibbi xidmətlər göstərilib. Azyaşlılardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi davam etdirilir.

Son xəbərlər