VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir neçə gün öncə Bakıda qəza törədib qaçan ''Ferrari'' markalı avtomobilin xanım sürücüsü hələ də gizli saxlanılır. Həmin sürücü ''Ferrari'' ilə müğənni Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyevanın yol kənarında saxladığı maşınına çırpılıb, sonra isə maşının nömrəsini çıxararaq ərazidən uzaqlaşmışdı.

BAKU.WS xəbər verir ki, criminal.az saytı ''Ferrari''nin sükanı arxasında olan şəxsin kimliyini öyrənə bilməsə də, qəza törədən avtomobilin dövlət nömrə nişanını öyrənib - 10 VV 200.

Qəza zamanı 'Ferrari''nin üzərində olan  10 VV 200 nömrəsi Bakıda bir neçə bahalı maşınlara da vurulub. Criminal.az-ın əldə etdiyi məlumata görə, həmin dövlət nömrə nişanı olan maşınlar "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun nəvələrinə məxsusdur.

Onun oğlu Allahverdi Axundov da bir neçə ay əvvəl 10 LN 200 dövlət nömrə nişanlı "Lamborghini" ilə gündəmə gəlmişdi. Hətta İ.Axundov oğlu haqda yayılmış məlumatlara qəribə reaksiya da vermişdi: "Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki... Maşın sürüb də. Başqa nə iş görüb?"

Maraqlısı odur ki, qəza törədən ''Ferrari''nin sükanı arxasında olan xanım sürücünün kim olmasını polisdən də dəqiqləşdirmək mümkün olmadı. Görünür, yol polisi dövlət nömrə nişanlarını qanunsuz olaraq bir neçə avtomobilə bağlayan şəxslərin ifşa olunmasında maraqlı deyil.

Ziya Səccad
BAKU.WS