SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində kafeyə silahlı basqın olub.

BAKU.WS “Haberler.com”a istinadən xəbər verir ki, silahlı insident Türkiyə vaxtı ilə saat 20:10-da Üsküdar rayonunda, Ayazma küçəsində yerləşən kafedə qeydə alınıb.

Silahlı atışmada 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyəti isə ağırdır.

Hadisəni araşdırmaq üçün əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Sİlahlı hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.

BAKU.WS
VİDEO

QALEREYA