SİZİN REKLAM BURADA!
055 213 76 73


İtkin kimi axtarışda olan gənc qızın sevgilisinə qoşulub qaçdığı ortaya çıxdı. 


BAKU.WS Xezerxeber-ə istinadən məlumat verir ki, Göyçayın Veysəlli kənd sakini, 21 yaşlı  Sevinc Nəzərova 4 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri onun tapılması üçün tədbirlər görsə də, nəticəsi olmayıb. Sonradan isə Sevinc Nəzərova anasına zəng edərək ailə qurmaq məqsədilə sevdiyi oğlana, Ağdaşın Xosrov kənd sakini 22 yaşlı  Hüseyn Əlizadəyə qoşularaq evdən getdiyini bildirib. Gənc qız valideynlərinin onu zorla başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. 


Hazırda bu iki gəncin məhəbbəti onları dərdə salıb. Çünki onlar bir-birinə qoşulub qaçsalar da, xoşbəxt ola bilmirlər. Belə ki, bir ildir bir-birlərini sevdiklərini deyən  Hüseyn və Sevinc gizlənmək məcburiyyətində qalıblar. Oğlanın valideynləri qız evinin təzyiqi ilə üzləşdiklərini deyirlər. Sevinc Nəzərovanın yaxınları iki dəfə Xosrov kəndinə, Hüseyn Əlizadənin evinə gedərək onların yerini öyrənmək istəyiblər. Gənclər hazırda olduqları yeri valideynlərinə də bildirmirlər. 


Valideynlər qızın zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Sevinc yeniyetmə olmadığı üçün valideyinlərinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını bildirib. 


Gənclər hələlik qonşu rayonların birində qohumularının evində yaşayırlar.


BAKU.WS