VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən il zorla Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimova nişanlandığı üçün öz sevdiyinə qoşulub qaçan Günay həyat yoldaşı ilə birlikdə Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan "Bizə danış" verilişinə üz tutub.
 
BAKU.WS xəbər verir ki, həyat yoldaşı Elnur Əhmədovla birlikdə verilişə qatılan gənc qız çox qorxduqlarını ailə üzvlərinin onları ölümlə hədələdiyini bildirib. O, nişanlandığı oğlanı heç sevmədiyini, valideynlərinin də bundan xəbərdar olduğunu söyləyib.
 
"Hamı bilirdi ki, mən o oğlanı sevmirəm. Buna baxmayaraq zorla məni ona nişanladılar. Mən də universiteti bitirdikdən sonra sevdiyim oğlana qoşulub qaçdım".
 
Gənc oğlan da qızın dediklərini təsdiqləyərək bildirib ki, sevdiyi qızın valideynləri onun bütün səylərinə baxmayaraq qızı ona verməyib. Qaçırdıqdan sonra isə hər ikisi ölümlə hədələnirlər.
 
"Bizə deyirlər ki, sizin 3 uşağınız olsa da sizi ayıracağıq. Onlar mənim bibimgilin evinə hücum çəkdilər. Qorxudan bibimin ürəyi partlayıb öldü".
 
Cütlük efir vasitəsi ilə hüquq-mühafizə orqanlarına, onların təhlükəsizliyinin təmin edilməsi üçün müraciət ünvanlayıb.

Gənc oğlan iddia edib ki, sevdiyi qızın valideynləri onun geri qayıtmasını tələb etməkdə səbəbləri var.
 
Belə ki, Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun bir neçə mülkü qızın atası Şahin Məmmədovun adına rəsmiləşdirilib.
 
Aynur Ələkbərova
BAKU.WS