SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu ilin 3 ayı ərzində Bakıda ölüm və xəsarətlə nəticələnən 90 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində ölənlərin sayı 33, xəsarət alanların sayı isə 72 nəfər olub".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.

O əlavə edib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb:

"Cari ilin 3 ayı ərzində paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə yol-nəqliyyat hadisələri daha çox Heydər Əliyev, Ziya Bünyadov Qara Qarayev prospektlərində qeydə alınıb. Təəssüflər olsun ki, baş verən yol-nəqliyyat hadisələri piyadaların iştirakı ilə qeydə alınır. Bu istiqamətdə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan yeraltı, yerüstü və bərabər səviyyəli piyada keçidlərindən istifadə etmirlər. Onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçərək həm özləri, həm də digər hərəkət iştirakçılarının, xüsusilə sürücülərin həyat və sağlamlıqlarını təhlükəyə atırlar. Apardığımız müşahidələr göstərir ki, qəzaların əksəriyyəti sutkanın işqlandırılmayan vaxtı və piyada keçidlərinin düz yaxınlığında baş verib.

Sürücülər xahiş və tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər, sürət həddini aşmasınlar, ara məsafəsini saxlasınlar və lüzumsuz manevrlər etməsinlər. Bu kimi qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə girib çıxarır".

Orxan Hüseyn
BAKU.WS