SİZİN REKLAM BURADA!
055 213 76 73


Balakəndə toyda dava düşüb, xəsarət alan var.
 
BAKU.WS AP-ya istinadən xəbər verir ki, Balakən şəhərində keçirilən toyda 34 yaşlı Azər Yaşar oğlu Abdullayevlə Balakən rayon sakinləri - 25 yaşlı Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elməddin Piriyev arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. A.Piriyev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.
BAKU.WS