SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Hərbi qulluqçu, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov ürəktutmadan dünyasını dəyişib.

Bildirilib ki, M.Cindarov Zaqatalaya məzuniyyətə gəlibmiş. Belə ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub.

Qafqazinfo-nun məlumatına görə, M.Cindarov Dövlət Sərhəd Xidmətinin hərbçisidir.

***15:47

Daxili Qoşunların hərbçisi vəfat edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov sükan arxasında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusu olub. O, Zaqatalaya məzuniyyətə gəlib.

 

BAKU.WS