055 213 76 73
Bakının Nizami rayonu ərazisində maşın yanıb.
Bu barədə BAKU.WS-in “Qaynar xətti”nə hadisə şahidləri məlumat veriblər.
Məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nizami rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və "VAZ-2109" markalı minik avtomobilində baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Cavid Babayev
BAKU.WS