SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

BAKU.WS-in məlumatına görə, Report-un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

***16:51

İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov və Fərhan Farid oğlu Məmmədzadə həyatlarının itiriblər.

Amid İsbərov və Fərhan Məmmədzadə səkkizinci sinif şagirdləri olublar.

***16:15

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

BAKU.WS