SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda yol polisi yoxa çıxıb.

BAKU.WS xəbər verir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib: "Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

***
"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yoxa çıxan polis ailəlidir, bir övladı var. Hazırda onun axtarışı davam edir.