VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda 73 yaşlı təqaüdçü yoxa çıxıb.
 
BAKU.WS-in məlumatına görə, 1942-ci il təvəllüdlü Quliyev Zahid Süleyman oğlu evdən gecə yarısından çıxıb və bir daha geri qayıtmayıb.
 
73 yaşlı Zahid Quliyev öz avtomobili ilə qonaqlarını yola salıb. Mobil telefonu evdə qaldığı üçün ailəsi yaşlı kişi ilə əlaqə saxlaya bilməyib. Yaxınlarının verdiyi məlumata görə, faktla bağlı Nəsimi rayon polis idarəsinə də müraciət edilib.
 
Hazırda polis əməkdaşları faktla bağlı araşdırma aparır. 
 
Ailəsi Zahid Quliyevi görənlərin polis bölməsinə xəbər verməsini xahiş edir: 
 
Şahin Həbibov
BAKU.WS