SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti bildirib

“İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 kvadratmetr olan birotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 kvadratmetr sahədə yanıb”, - deyə məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

BAKU.WS